Ruslan Odessanı da vurdu

Ruslan Odessanı da vurdu

Ruslan Odessanı da vurdu

Ukraynanın liman şəhəri sayılan Odessada partlayış səsləri eşidilib.

BBC-nin əməkdaşı Paul Kenyon gecə saatlarında şəhərin qərb istiqamətində 3 və ya 4 güclü partlayış səsi eşitdiyini bildirib. Məlumata görə, Ukraynanın müdafiə sistemi Rusiyanın sahil ərazilərdə yerləşən döyüş gəmilərindən atılan raket zərbələri nəticəsində məhv edilib.

Partlayış səslərinin eşidilməsinə də bu hücumun səbəb olduğu bildirilir. Moskva üçün strateji əhəmiyyətə malik Odessada gərginlik getdikcə artır. Bazar ertəsi axşam saat 7-də şəhərdə komendant saatı başlayarkən həyəcan siqnalları da verilib.

Xəbərdarlıq məqsədi daşıyan bu siqnalların səsi 1 saata yaxın davam edib.Buna əsas səbəb isə hücuma hazırlaşan Rusiyaya məxsus döyüş gəmilərinin mövqe dəyişdirməsi göstərilir.

Ukrayna hərbi qüvvələri bazar günü Rusiyaya məxsus donanmalardan birini vurduğunu açıqlayıb. BMT-nin Miqrasiya Təşkilatının çərşənbə axşamı günü açıqladığı hesabata görə, Rusiyanın Ukraynaya qarşı fevralın 24-dən başlatdığı müharibə nəticəsində ölkəni tərk edənlərin sayı 1.8 milyonu ötüb.

Ruslan Odessanı da vurdu