Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi

Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi

Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi

Ukraynanın İrpen şəhərində evi Rusiya hərbçiləri tərəfindən dağıdılmış İrina Kindzerskaya karyerasını bitirib.

Polemika.az xəbər verir ki, Ukrayna əsilli cüdoçu Tokio Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırsa da (həm də qadın cüdosu tarixində ilk medaldır – red.), Bakıda evlə təmin olunmaması ona pis təsir edib.

Bu səbəbdən də olimpiya, dünya və Avropa mükafatçısı olan İrina Kindzerskaya karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının təqdimatına əsasən vitse-prezident Elnur Məmmədlinin bacısı oğlu Kəramət Hüseynova və para-cüdoçu Vüqar Şirinliyə ev verilib.

Xatırladaq ki, İrina Kindzerskaya Azərbaycanın şərəfini 2017-ci ildən etibarən qoruyurdu./Oxu.az

Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi