Ukrayna-Rusiya müharibəsi: Azərbaycan kimin tərəfini tutacaq?

Ukrayna-Rusiya müharibəsi: Azərbaycan kimin tərəfini tutacaq?

Ukrayna-Rusiya müharibəsi: Azərbaycan kimin tərəfini tutacaq?

Rusiya və Ukrayna arasındakı gərginliyin hərbi toqqşumaya çevrilməsi bir qığılcımdan asılıdır. Müharibəsi başlasa, Azərbaycan hansı mövqe tutmalıdır?

Polemika.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli qeyd edib ki, bu proseslərdə Azərbaycanın mövqeyi aydındır:

“Azərbaycan dövləti 2014-cü ildə Ukrayna böhranının üzə çıxdığı vaxtdan etibarən bütün beynəlxalq sənədlərdə, eləcə də Prezidentin və XİN-in bəyanatlarında Ukraynanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə dəstəklənib. Bu mövqe sabitdir. 

Ukrayna böhranının aktiv fazaya daxil olduğu bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edib. Təbii ki, bu səfər özü-özlüyündə onu deməyə əsas verir ki, Azərbaycan dövləti heç bir xarici güc mərkəzinin diktəsi ilə hərəkət etmir. Yəni mövqeyimiz 2014-cü ildə necə idisə, indi də elədir. Əgər hazırda bir postsovet ölkəsinin rəhbəri Ukraynaya səfər edirsə və bu ölkəyə dostluq-qardaşlıq mesajları verirsə, deməli, Azərbaycan müstəqil xarici siyasət aparır və bu siyasəti, bir sıra digər postsovet ölkələrindən fərqli olaraq, Kremlin müəyyən etdiyi xətt üzrə qurmur. Bu mənada, müharibə baş versə də, verməsə də, Azərbaycanın mövqeyi dəyişən deyil”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

Ukrayna-Rusiya müharibəsi: Azərbaycan kimin tərəfini tutacaq?