Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?

Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?

Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?

Ukrayna ətrafında artan gərginliyin enerji resurslarının təchizatına təsir göstərməsi ehtimalı yoxdur.

Polemika.az “Forbes”a istinadla xəbər verir ki, bunu “Goldman Sachs” investisiya bankının analitikləri bildirib.

Onların təhlilinə əsasən, münaqişənin gərginləşəcəyi təqdirdə Qərbin hazırladığı sanksiyaların Rusiyanın energetika sənayesinə təsir göstərməsi mümkün deyil, çünki Avropa Rusiyadan qaz və neft tədarükündən asılıdır.

“Goldman Sachs”a görə, Avropanın qaz idxalının 22%-i və neft idxalının 23%-i (2021-ci ilin sentyabr ayının sonuna olan məlumata görə) Rusiyanın payına düşür.

Bundan əlavə, Moskva zərurət yaranarsa, neft tədarükünü Afrika, Latın Amerikası və Asiya kimi digər regionlara yönləndirə biləcək ki, bu da Avropada enerji resurslarının əlçatanlığı ilə bağlı vəziyyəti daha da gərginləşdirəcək.

 

Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?