Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq

Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq

Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Polemika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, iclas çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.

Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Üç ölkənin Baş prokuroru bu gün Bakıda olacaq