Türkiyədə qol vuran futbolçumuz: "Qələbəyə ehtiyacımız var idi"

Türkiyədə qol vuran futbolçumuz: "Qələbəyə ehtiyacımız var idi"

Türkiyədə qol vuran futbolçumuz: "Qələbəyə ehtiyacımız var idi"

“Bu qələbəyə ehtiyacımız var idi. Bunun davamını gətirmək istəyirik".

Polemika.az xəbər verir ki, bu sözləri “Bursaspor”da çıxış edən millimizin üzvü Namiq Ələsgərov Türkiyə mətbuatına açıqlamasında deyib.

1-ci liqanın 15-ci turunda səfərdə “Dənizlispor”u 3:1 hesabı ilə məğlub etdikləri görüşdə 2-ci qolun müəllifi olan Ələsgərov görüşdən sonra bunları bildirib:  “Matça yaxşı hazırlaşmışdıq. Əsas məsələ bunun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olar”.

Qeyd edək ki, “Bursaspor” hazırda 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

 

Türkiyədə qol vuran futbolçumuz: "Qələbəyə ehtiyacımız var idi"