Messi və Ronaldo üçün son şans

Messi və Ronaldo üçün son şans

Messi və Ronaldo üçün son şans

Gələn ilin sonu Qətərdə keçiriləcək dünya çempionatı bir çox tanınmış futbolçu üçün ən nüfuzlu turnirdə son sınaq olacaq.

Polemika.az xəbər verir ki, siyahıda son illər dünya futboluna hegemonluq edən Lionel Messi və Kriştiano Ronalo da yer alır.

Hər iki superulduzun dünya çempionu olmaq üçün son şansının olacağı bildirilib. Onlarla yanaşı, braziliyalı Neymar da son dünya çempionatını keçirəcəyini açıqlayıb. Onun yaşı digərlərindən az olsa da, “sambaçı” artıq millidən getmək barədə düşündüyünü söyləyib.

Siyahıda adları göstərilən 10 ulduz futbolçu arasında yalnız Neymar fikrini dəyişərsə, 2026-cı ildəki yarışa qatıla bilər. Ancaq digərlərinin həmin vaxta qədər nəinki millidə qalması, hətta karyerasını davam etdirməsi də çətin görünür.

Neymar (Braziliya – 30 yaş)

Lionel Messi (Argentina – 34 yaş)

Kərim Benzema (Fransa – 34 yaş)

Luis Suarez və Edinson Kavani (Uruqvay – hər ikisi 35 yaş)

Luka Modriç (Xorvatiya – 36 yaş)

Kriştiano Ronaldo (Portuqaliya – 37 yaş)

Corcio Kyellini və Leonardo Bonuççi (İtaliya – 37 və 34 yaş)

Pepe (Portuqaliya – 39 yaş) 

Messi və Ronaldo üçün son şans