"Komandamız uduzanda çalışıram qonşulardan məni görən olmasın" - PFL prezidenti

"Komandamız uduzanda çalışıram qonşulardan məni görən olmasın"

"Komandamız uduzanda çalışıram qonşulardan məni görən olmasın" - PFL prezidenti

“Hər birimizin yaralı yeri milli komandadır. Yığmanın vəziyyəti hər kəsi narahat edir”.

Polemika.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İTV kanalında yayımlanan “Bol idman” verilişinin qonağı olub və bu fikirləri səsləndirib.

“Canni de Byazi hələ ki, istədiyini ala bilmir. O məşqçi bir gün çıxıb gedəcək. Amma oyunçularımız yenə burada qalacaq. Mən futbol oynamıram, amma komandamız uduzanda səhəri günü çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın. Futbolçular da bunu düşünməli, narahat olmalıdırlar. Bu üzdən günahın əksəriyyətini futbolçularda görürəm. Çünki mübarizə aparmırlar. Biz döyüşkən millətik, bunu da sübut eləmişik. Amma futbolda bunu edə bilmirik”.

Ramin Musayev yerli futbolçuların zəif çıxışlarına da toxunub. O, çıxış yolunu Premyer Liqada limitin dəyişdirilməsində deyil, oyunçuların məvaciblərinin azaldılmasında görür: “Diqqət yetirək görək, yerli futbolçular aldıqları pula layiq futbol oynayırlar? Günah kimdədir? Limiti dəyişməkdənsə, deyək ki, ay klub rəhbərləri, gəlin pulu azaldaq. Vaxtilə klubda çalışdığımız zaman bütün klub rəsmiləri bir araya yığıldıq, qərara gəldik ki, futbolçuların qiymətini şişirtməyək. Yerli futbolçularımız kənara ona görə çıxmırlar ki, buradakı pulu xaricdə vermirlər. Bunun üçün də məvacibləri azaltmaq lazımdır. Legioner limitini dəyişsək belə, bunun yerli futbolçuların qiymətinə təsiri olmayacaq. Əgər klub rəhbərləri müraciət eləsələr ki, futbolçular məhz pula görə oynamırlar, çempionatın ortasında məsələ qaldıraram, AFFA rəhbərliyi ilə toplantı təşkil edib, limiti dəyişərik. Təki buna getsinlər. Futbolçularımızı bir balaca tərifləyən kimi, olur ulduz, dərhal şort-mayka daralır. Sən podiuma, yoxsa futbol oynamağa çıxırsan?” 

"Komandamız uduzanda çalışıram qonşulardan məni görən olmasın" - PFL prezidenti