Azərbaycanda rəzalət: 13 yaşlı qardaşı qıznı qaçıran əmi onu zorladı

Azərbaycanda rəzalət: 13 yaşlı qardaşı qıznı qaçıran əmi onu zorladı

Azərbaycanda rəzalət: 13 yaşlı qardaşı qıznı qaçıran əmi onu zorladı

Yevlaxda itkin düşən 13 yaşlı qızı kimin qaçırdığı müəyyən edilib.

Polemika.az xəbər verir ki, Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırıldığı məlum olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.

Azyaşlının əmisi tərəfindən seksual hərəkətlərə məruz qaldığı ehtimal olunur.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. 

Azərbaycanda rəzalət: 13 yaşlı qardaşı qıznı qaçıran əmi onu zorladı