Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıtdı

Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıtdı

Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıtdı

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.

Polemika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkələr arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıtdı