"Türkiyə ilə əlaqənin normallaşması maraqlarımıza uyğundur" - Erməni deputat

"Türkiyə ilə əlaqənin normallaşması maraqlarımıza uyğundur" - Erməni deputat

"Türkiyə ilə əlaqənin normallaşması maraqlarımıza uyğundur" - Erməni deputat

"Biz heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa başlamağa hazırıq".

Polemika.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan deyib.

“Söhbət Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin başlamasından gedir. Bu, heç bir halda Ermənistanın əsas və dövlət maraqlarından imtina etməsi demək deyil. Əksinə, biz əminik ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması Ermənistanın dövlət maraqlarından irəli gəlir”, - deyə Ağacanyan bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər və ölkələr arasında çarter reysləri də açılacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib ki, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır və dialoq üçün xüsusi nümayəndə də təyin edəcək.

Eduard Ağacanyan bildirib ki, Ermənistanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib.

"Türkiyə ilə əlaqənin normallaşması maraqlarımıza uyğundur" - Erməni deputat