Lənkəranda ağır avtomobil qəzası: 4 nəfər xəsarət aldı

Lənkəranda ağır avtomobil qəzası:

Lənkəranda ağır avtomobil qəzası: 4 nəfər xəsarət aldı

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Polemika.az xəbər verir ki, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report

Lənkəranda ağır avtomobil qəzası: 4 nəfər xəsarət aldı