"Kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən"

"Kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən"

"Kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən"

Polemika.az aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun Lent.az-a müsahibəsini təqdim edir:

- Bir vaxt feministlər sizi "seks işçisi" sözünə olan münasibətinizə görə, tənqid edirdilər. Sizin üçün nə fərqi, seks işçisi, ya fahişə?

- Mənim üçün seks işçisi süni bir deyimdir. Gördüyün işin mahiyyəti dəyişmirsə, onu necə adlandırmağının fərqi yoxdur. Xurma xurmadır. Sən ona nə desən də, o xurmadır, pişik pişikdir. Baxır, sözü nə məqsədlə istifadə edirsən. Sən fahişəni söyüş kimi istifadə edirsənsə, vaxt gələcək seks işçisini də söyüş kimi istifadə edəcəksən. Ümumiyyətlə, mənim seks işçisi deyəndə gözümün qarşısına tamam başqa bir şey gəlir. Seks işçisini "application"dan sifariş verirsən, orda onun saçının rəngini seçirsən. Ona görə vergi ödəyirsən, o sənə bu mövzuyla bağlı məsləhət verir. Yəni mən seks işçisi deyəndə bunu başa düşürəm. Məncə, bu, qəsdən nəyisə hörmətə mindirməkdir. Adı dəyişməklə mahiyyət dəyişmir. Mənim orda demək istədiyim bir söz vardı. Qarşındakını heç kim heç kimi alçalda bilməz. Necə ki, Adil Rənanı gördüyü işə görə alçaltmaq istəyirdi, ancaq Rəna ona elə cavab verdi ki, Adil üzr istədi.

- Təhminənin bir vaxt dediyi "əsl kişi fahişəni məlakəyə çevirəndir" fikrinə, 30 il sonra "onu ərə getmək istəyən fahişələr uydurub" cavabı gəldi. Niyə?

- Çünki o söz həmişə mənə gülməli gəlib. Elə bil ki, sən kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən. Mənim ona da iradım yoxdur ki, kimsə fahişə həyatı sürən qadınla evlənir. Onun özəlidir, bu iki insan arasında baş verən bir şeydir. Bizim onun həyatına qarışmağa haqqımız yoxdur.

- Onda niyə Təhminəni "neprav" çıxarmaq istəyirdiniz ki?

- Çünki o söz mənə çox pafoslu gəlirdi. Ona görə də "Zəhər tuluğunda" ona belə bir cavab verdik.

- Bu cavabdan narazı qalanlar vardı..

- Olsun. Hamını həmişə qane etmək olmur. Mən özümü heç bir kəsimə aid etmirəm. İndi buyam, bunu müdafiə edirəm. Bir il sonra necə olacaq bilmirəm. Mən hələ də özümü tam yoğurulmuş, hər şeyi bilən adam kimi hiss etmirəm.

"Kişinin boynuna qoyursan ki, mütləq fahişəni məlakə eləməlisən"