Türk ulduz xəstəxanaya yerləşdirildi - İnanılmaz səbəb

Türk ulduz xəstəxanaya yerləşdirildi

Türk ulduz xəstəxanaya yerləşdirildi - İnanılmaz səbəb

Bir müddətdir dempinq sindromu ilə mübarizə aparan Seren Serengil xəstəxanaya yerləşdirilib.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürətli şəkildə arıqlayan aparıcı 43 kiloya düşüb. Onun orqanları fəaliyyətini dayandırıb.

Yemək yeyə bilməyən Seren pərəstişkarlarından halallıq istəyib:

"Ümid edirəm ki, hər şey yaxşı gedəcək. Tezliklə əməliyyata alınacağam. İnşallah, sağ-salamat çıxıb, yenidən çıxış yolu tapacağam. Amma nəsə olarsa... Deyirlər, çətin əməliyyat olub, orqanlar bir-birinə yapışıb".

Qeyd edək ki, dempinq sindromu mədə qidanı nazik bağırsağa normaldan daha sürətli bir şəkildə boşaltdıqda meydana gəlir. Bunun başqa bir adı da mədənin sürətli boşalmasıdır və müxtəlif səbəblərdən inkişaf edir.

Türk ulduz xəstəxanaya yerləşdirildi - İnanılmaz səbəb