Sərdar Ortac: "Borclardan qurtuldum"

Sərdar Ortac: "Borclardan qurtuldum"

Sərdar Ortac: "Borclardan qurtuldum"

“Bütün borclarımı ödədim. Həyata yenidən başlayan kimiyəm. Deyirlər ki, borc igidin qamçısıdır, mən böyük qamçı yedim...”

Polemika.az xəbər verir ki, bu sözləri müğənni Sərdar Ortaç deyib.

Son illər qumar borcu ilə tez-tez gündəmə gələn ifaçı 2022-ci ilə bütün borclarından xilas olduğunu açıqlayıb:

“Şükürlər olsun, hər şey bitdi. İndi səhnəyə təmiz pambıq kimi çıxacağam. Bundan sonra qazandığım hər şeyi təkbaşına yemək niyyətində deyiləm. Artıq qazandığım hər qəpiyi dostlarıma xərcləyəcəyəm”.

Müğənni uğursuzluğa düçar olan keçmiş ailəsindən və sevgilisindən də danışıb:

“Anam demişdi ki, sarışın qadından xeyir gəlməz. Xanımım da sarışın idi, sevgilim də. Anama qulaq asmadım, Allah cəzası verdi”.

Sərdar Ortac: "Borclardan qurtuldum"