Tahir Kərimlidən ETİRAZ: "Hava da pulla satılır?"  

Tahir Kərimlidən ETİRAZ: "Hava da pulla satılır?"  

Tahir Kərimlidən ETİRAZ: "Hava da pulla satılır?"  

“İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə təklif olunur ki, cərimələrin miqdarı 300-400 faiz artırılsın. Qanunu hazırlayanlar Milli Məclisi niyə zərbə altında qoyurlar?”

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib: 

“Pensiya və təqaüdlər cəmi 30-40 faiz artırılır və deyilir ki, dövlətin buna gücü çatır. Axı insanların da ancaq 30-40 faiz cəriməyə gücü çata bilər. Ucqar bölgələrdə heç kim qaz yandırmır. Odun yandırırlar. 

Sosial şəbəkələrdə görmüşəm, qaza hava vurulur. Belə çıxır ki, düz deyirlər? Hava da pulla satılır? 

Kimsə pis kişi olmalıdır. Eybi yoxdur, qoy mən olum. 

Publik hüquqi şəxslər yaradılıb. Onların bir dəfə də olsun cərimə ödədiyini görməmişəm. Qida Təhlükəsizliyi Agentliyi göyərti satanı 1400 manat cərimə edib. O adam bu cəriməni nə zaman qaytaracaq?

Mən təklif edirəm ki, hətta xahiş edirəm ki, insanların fevralın 1-nə qədər olan cərimələri silinsin”.

Tahir Kərimlidən ETİRAZ: "Hava da pulla satılır?"