"Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır!" - Etiraz

"Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır!"

"Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır!" - Etiraz

Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib. O, bu haqda “təklif”lərini özünün "Teleqram" səhifəsində paylaşıb. Xanım jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd edib. 

Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər: “Konstantin Zatulinin “Sputnik-Ermənistana” müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, Polemika.az saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə açıqlamasında deyib ki, rus sülhməramlılarının onlara verilmiş mandatdan kənara çıxması haqlı narahatlıq doğurur. 

JAM sədrinin sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq onlara sülhməramlı deyil, erməniməramlı kimi yanaşır: 

“Qarabağda susuz qalan erməniləri su ilə təmin etməklə, şarlatan din xadimlərini monastrlara aparmaqla, Azərbaycan torpaqlarında ermənilərə ev tikməklə onlar erməniməramlı olduqlarını sübur ediblər. Sülhməramlı tərəflər arasında ayrıseçkilik qoymamalı, həm ermənilərə, həm də azərbaycanlılara münasibətdə tərəfsizlik nümayiş etdirməlidir. Təəssüf ki, Qarabağdakı sülhməramlılar bunu bacarmadılar. Onlar az qalır ki, erməniləri kürəklərində gəzdirsinlər. Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır! Bu cür özfəaliyyətdən sonra sülhməramlıların mandatının uzadılmasından söhbət gedə bilməz. Onlar Azərbaycanda müvəqqəti olduqlarını anlamalı və ağıllarını başlarına yığmalıdır! Valeriya Olyuninanın təklifinə gəlincə, əslində, bu jurnalist erməni xalqını təhqir edib. Sülhməramlıların Qarabağdakı erməni qız və qadınlarına sataşdıqlarına, hətta onlara məşuqə kimi yanaşdıqlarına dair çoxsaylı məlumatlar var. Rus jurnalist dolayısı ilə bunu təsdiq etmiş oldu. Ruslar uzun illərdi ki, ermənilərin namusuna sataşır. Amma ermənilər bunu görməzlikdən gəlir, özlərini karlığa, korluğa, lallığa vururlar. Qarabağın bütün ərazilərində Azərbaycanın tam suverenliyi təmin olunandan sonra bu bölgədə yaşayan ermənilərin ruslar tərəfindən alçaldılmasına son qoyulacaq”. 

"Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır!" - Etiraz