Şəkidə ev yandı, 60 yaşlı kişi öldü

Şəkidə ev yandı, 60 yaşlı kişi öldü

Şəkidə ev yandı, 60 yaşlı kişi öldü

Şəki şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin dam örtüyü 15 m² sahədə yanıb.

FHN-dən Polemika.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şəkidə ev yandı, 60 yaşlı kişi öldü