“Sürücü olma qaydası “qocalıb” – Ekspert

“Sürücü olma qaydası “qocalıb” – Ekspert

“Sürücü olma qaydası “qocalıb” – Ekspert

Son zamanlarda baş verən qəza halları nəticəsində ölüm sayı kəskin şəkildə artıb. Hətta bununla bağlı mediada “Yol terroru” adlı termin də yaranıb.

Bu faciələrdən qaçmaq üçün hansı tədbirlər həyata keçirmək lazımdır? Belə təkliflər də var ki, belə problemlərin olmaması üçün sürücülük vəsiqəsinin verilməsi prossesi çətinləşdirilməlidirmi?

Mövzunu Polemika.az-a şərh edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2018-ci ilin dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı” qəbul edilib.

“Bu proqramın əsas hədəfi yol-nəqliyyat hadisələri azaltmaq və ölüm sayını minumuma endirmkdir. Ən əsası yol hərəkəti təhlükəsizliyi səviyyəsinin maksimuma qaldırılması idi. Proqramda ətraflı şəkildə hansı tədbirlərin həyata keçirilməli, hətta sükan arxasında vətəndaşın hansı qaydalara əməl etməli olduğu qeyd edilib. Bu qaydaları bilməyən sürücü sükan arxasına keçdiyi zaman özünü təhlükəyə atmaqla bərabər, digər fərdləri də təhlükəyə atmış olur”, – deyə Ərşad Hüseynov qeyd edib.

Ekspert vurğulayıb ki, Dövlət Proqramındakı tədbirlərin istiqamətindən biri də, peşəkar sürücülərin hazırlanması ilə bağlı məsələlərin təkmilləşdirilməsidir:

“Mövcud qanuncericilikdə yer alan sürücü olma qaydası yenilənməlidir. Çünki o prosesdur ötən əsrin 70-80-ci illərindən qalmadır. Əsas hədəf yollarda təhlükəsizliyi, nəqliyyat vasitəsini idarə edə bilən peşəkar sürücü hazırlamaqdır. Bu istiqamətdə ciddi işlər görməyə ehtiyac var”.

Ayzel

 

“Sürücü olma qaydası “qocalıb” – Ekspert