Səfirə ultimatum: "3 günə ölkəni tərk et!"

Səfirə ultimatum: "3 günə ölkəni tərk et!"

Səfirə ultimatum: "3 günə ölkəni tərk et!"

Mali hökuməti Fransa səfirinə ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Polemika.az xəbər verir ki, bu barədə hökumətin yerli televiziyada oxunan bəyanatında bildirilib:

“Fransa xarici işlər nazirinin bu yaxınlarda verdiyi təhqiramiz şərhlərdən sonra Fransanın Bamakodakı səfiri çağrılıb və o, 72 saat ərzində ölkə ərazisini tərk etmək barədə məlumatlandırılıb”.

Qeyd edək ki, bir neçə gün öncə Fransanın xarici işlər naziri Jan İv Lö Drian çıxışında keçid hökumətini qeyri-qanuni adlandırıb.

Səfirə ultimatum: "3 günə ölkəni tərk et!"