Patruşev Şəmxani ilə görüşdü

Patruşev Şəmxani ilə görüşdü

Patruşev Şəmxani ilə görüşdü

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüş keçirib.

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, onlar təhlükəsizlik sahəsində Rusiya-İran əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Görüş Dehlidə keçirilən “Əfqanıstanda regional təhlükəsizlik üzrə Dehli dialoqu” çərçivəsində baş tutub.

Bundan əvvəl milli təhlükəsizlik müşavirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

İclasda Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak ediblər.

Patruşev Şəmxani ilə görüşdü