İranda virusdan ölüm sayı yenə 100-ü keçdi

İranda virusdan ölüm sayı yenə 100-ü keçdi

İranda virusdan ölüm sayı yenə 100-ü keçdi

Son 24 saatda İranda 132 nəfər COVID-19-dan həyatını itirib.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, 5144 yeni Covid-19 xəstəsi müəyyən edilib, İslam respublikasında koronavirusa yoluxanların ümumi sayı 6 milyon 88 min 9 nəfərə çatıb.

Xəstəlikdən ölənlərin ümumi sayı 129 177 nəfər təşkil edir.

İndiyədək 5.807.089 xəstə sağalıb.

İranda virusdan ölüm sayı yenə 100-ü keçdi