Şirvanda fərdi yaşayış evində yanğın baş verdi

Şirvanda fərdi yaşayış evində yanğın baş verdi

Şirvanda fərdi yaşayış evində yanğın baş verdi

Şirvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Polemika.az xəbər verir ki, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 5/1 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1964-cü il təvəllüdlü Ağayev Rəhim Əkbər oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin tavan hissəsinin 170 kv.metr sahəsi yanıb. Yanğın yerinə Şirvan YMX-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır./APA

Şirvanda fərdi yaşayış evində yanğın baş verdi