Erməni nəşri Paşinyanı yıxıb-sürüdü

Erməni nəşri Paşinyanı yıxıb-sürüdü

Erməni nəşri Paşinyanı yıxıb-sürüdü

“Nikol Paşinyan niyə öz siyasi opponentlərinə qarşı cinayət təqiblərini bu kimi primitiv və şərəfsiz alətlərdən istifadə edərək həyata keçirdir?”

Polemika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri daha sonra davam edib:

“Niyə Ermənistanın hər yerində bu çirkin və biabırçı üsuldan istifadə olunur - rəqibləri arenadan uzaqlaşdırmaq üçün ittiham etmək, həbs etmək, qohumlarını, dostlarını təqib etmək və s.

Axı 2 il həbsdə yatmış, bütün kriminal-siyasi təqib arsenalını öz qanında hiss etmiş bir adam, o aləti başqalarının üzərində işlətməkdən çəkinməli idi.

Bir vaxtlar hakimiyyətin mətbuata qarşı olan diffamasiyasına görə mühakimə etməsi, medianı külli miqdarda cərimələməsi, müxtəlif çirkin və yolverilməz üsullara əl atmaq siyasətini hiss etdiyi halda, Nikol Paşinyan niyə hazırda mətbuatı təqib və məhdudlaşdırma alətindən istifadə edir? Həmçinin psixoloji təzyiq də daxil olmaqla.

Niyə Nikol Paşinyan ziddiyyətli və təkzibedici bəyanatlar verir, manipulyasiya edir, bir neçə iplə oynayır, ayrı-ayrı geosiyasi mərkəzləri qane etməyə çalışır, günahı birincilərə, ya da onun təbirinncə, “oğrulara”, müxalifətə, sadə insanlara yıxır və ya elementar məlumatları cəmiyyətdən gizlədir?

Axı o, bütün bunları dəfələrlə təkzib edib, hakimiyyəti qeyri-şəffaf iş tərzinə görə tənqid edib, xalqı dürüstlüyə, legitimliyə çağırıb, aldadan, demaqoqluq edən, xalqı vecinə almayan məmurları mismarlayıb. Bu sualların cavabı yəqin ki, birdir. Nikol keçmiş xatirələrini silib, keçmişin səhifəsini bağlayıb”.

Erməni nəşri Paşinyanı yıxıb-sürüdü