“Saxta yolla alim olanlar içərisində məmurlara daha çox rast gəlinir” - Tarixçi alim

“Saxta yolla alim olanlar içərisində məmurlara daha çox rast gəlinir” - Tarixçi alim

“Saxta yolla alim olanlar içərisində məmurlara daha çox rast gəlinir” - Tarixçi alim

Tanınmış professor Şahlar Əsgərov sensasiya doğuracaq açıqlama ilə çıxış edib. O iddia edir ki, Azərbaycandakı alimlərin ən az 80 faizi bu adı əyri yollarla əldə edib. Ş. Əsgərov hətta onları "saxta alim" adlandırıb.

Qeyd edək ki, ayrı-ayrı dövlət qurumlarında çalışan vəzifəli şəxslərin, nazir müavinlərinin, icra başçılarının, hətta polis rəislərinin dissertasiya müdafiə edərək alim adına yiyələnməsi halları artıb. Maddi imkanları geniş olan bu şəxslərin alim adıyla fəxr etmə istəyi nə ilə bağlıdır? İcra başçısının, yaxud polis rəisinin dissertasiya müdafiə etməsinə nə ehtiyac var?

Polemika.az-a açıqlamasında tarixçi-alim Boran Əziz də təsdiqləyib ki, saxta yol ilə alim adı alanlar içərisində vəzifədə olan şəslərə daha çox rast gəlinir:

“Mənim üçün bu bir az yad mövzudur. Lakin elə saxta yolla alim adı alanlar içərisində vəzifədə olan şəxslərə daha çox rast gəlinir. Ali məktəbdə işləyən insanların da içərisində də belələri var. Bunlarının yolunun kəsilməsi mexanizmi sərtləşdirilməlidir”.

Tarixçi-alimin sözlərinə görə, yalnız elmi işə marağı, həvəsi olan şəxslərə yol açılmalıdır:

“Eyni zamanda, onlar müdafiə etdiyi sahələrə yenilik gətirməlidirlər. Yüksək vəzifələrə, əlaqələrə görə elmi ad daşıyıb, dövlət orqanlarına soxulmaq nə elmə, nə də alimə şöhrət gətirir. Bundan ancaq ziyan görə bilərik”.

Boran Əziz qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvlərinin elmi şuralara sədr təyin edilməsi ənənəsinə də son qoyulmalıdır:

“Son illər layiq olmayan şəxslərə elmi adların verilməsi ilə bağlı işlər görülüb, müdafiə şuraları yenilənib. Plagiatın qarşısını almaq üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Ancaq bu istiqamət üzrə fəaliyyət daha da gücləndirilməlidir”.

Nəzrin Vahid

“Saxta yolla alim olanlar içərisində məmurlara daha çox rast gəlinir” - Tarixçi alim