“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Bileetlərin satış vaxtı açıqlandı

“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Bileetlərin satış vaxtı açıqlandı

“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Bileetlərin satış vaxtı açıqlandı

İyunun 10-12-də keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin satışa çıxarılacağı vaxt açıqlanıb. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Polemika.az-a verilən məlumata görə, biletləri fevralın 22-dən etibarən satışa çıxarılacaq.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış “Formula-1” Azərbaycan Qran-prisi zamanı alınmış biletlər hazırki yarış üçün keçərli olacaq.

Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb.

“Formula-1” üzrə Azərbaycan Qran-prisi: Bileetlərin satış vaxtı açıqlandı