Sabirabadda COVID xəstəsi küçədə yaxalandı

Sabirabadda COVID xəstəsi küçədə yaxalandı

Sabirabadda COVID xəstəsi küçədə yaxalandı

Sabirabad rayon sakini Elşad Sükürova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınıb.

O, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Sabirabadda COVID xəstəsi küçədə yaxalandı