Peterburq görüşündə nə olacaq?

Peterburq görüşündə nə olacaq?

Peterburq görüşündə nə olacaq?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Azərbaycanın dövlət başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də gözlənilir. Peterburq görüşündən gözləntilərimiz nə ola bilər?

Polemika.az-la fikirlərini bölüşən “Xəzər Məkan Təhlil Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadə bildirib ki, Soçi, Brüssel və indiki Sankt-Peterburq görüşü, bunların hamısı silsilə görüşlərdir:

“Bu silsilə görüşlər ondan xəbər verir ki, doğrudan da, hazırda gedən proseslər ünvanlı şəkildə gedir və eyni zamanda, onlar konkret nəticələrə hesablanıb. Nətiəclər də nədir? 

Kommunikasiyaların açılması, yeni regional siyasi mənzərənin möhkəmləndirilməsi, buradakı müsbət proseslərin tendensiya halına çevrilməsi və son nəticə etibarilə sülh müqaviləsinin hazırlanmasının bünövrəsinin qoyulmasıdır”.

“Əslində, bu çox maraqlıdır, çünki böyük sülh müqaviləsində bütün məsələlər öz əksini tapmalıdır. Yəni tərəflərin bir-birinin suverenliyini, ərazi toxunulmazlığını təsdiq etməsi, sərhədlərin müəyyələşdirilməsi, gələcək münasibətlərin qurulması və digər məsələlər öz həllini tapmalıdır.

Bu prosesin üzərində işlənilməsi üçün böyük zərurət yaranıb və bu görüşlər həmin bu istiqamət tərəfindən atılan mühüm addımlardır”, - deyə ekspert tamamlayıb.

Rafi MÜSLÜMOV

Peterburq görüşündə nə olacaq?