Laçın dəhlizinə alternativ yol nə oldu? – “Ermənilər çalışır ki...”

Laçın dəhlizinə alternativ yol nə oldu? – “Ermənilər çalışır ki...”

Laçın dəhlizinə alternativ yol nə oldu? – “Ermənilər çalışır ki...”

Üçtərəfli bəyanatın imzalanmasından bir il keçir. Bəyanatda 3 il ərzində Laçın dəhlizinə alternativ olaraq başqa yolun çəkilməsi ilə bağlı xüsusi maddə də var. Buna baxmayaraq, bu istiqamətdə hər hansı bir iş görülməyib və hətta proses başlamayıb. Laçın dəhlizinə alternativ yolun çəkilməsi niyə gecikir?

Məsələ ilə bağlı “Polemika.az”la fikirlərini bölüşən Beynəlxalq idarəetmə üzrə ekspert, politoloq Əhməd Əlili bildirib ki, bu istiqamətdə hər hansı işin gedib-getməməsi rəsmi  strukturların bəyan etməli olduğu bir məqamdır:

“Ermənistan və daha çox Dağlıq Qarabağ ermənilərinə aid olan mənbələrdə bir çox tunellərin tikintisi ilə bağlı vaxtilə informasiyalar yayılıb, amma əlbəttə ki, bu barədə ilkin rəsmi mənbələr olmalıdır və rəsmi mənbələrə əsasən fikir yürüdülməlidir ki, bu istiqamətdə hansı işlər baş verir. 

Ona görə də, hər hansısa bir xəbərin olması bilavasitə rəsmi mənbələrə istinadla olmalıdır. Amma bu birmənalı olaraq qəbul olunmuş məsələdir ki, bir çox məsələlər bir-biri ilə üzvü bağlıdır. Məsələn, həmin məsələlərdən biri ondan ibarətdir ki, Laçın kooridoru haradan başlayır. Yəni müəyyən bir kooridor tikilməsi üçün mütləq və mütləq sərhədin delimitasiyası olmalıdır. Həmçinin, Zəngəzur dəhlizinin tikilməsi, Laçın dəhlizinə alternativ bir dəhlizin tikilməsi üçün də sərhədin delimitasiyası məsələsini bir nömrəli məsələ elan edirik”.

Politoloq əlavə edib: “Müəyyən ölkənin ərazisində hər hansısa bir infrastruktur işləri görürsünüzsə, ölkənin ərazisi haradan başlayır və harada bitir bunu bilməlisiniz. Buna görə də, hər iki məsələ elə sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə birbaşa bağlıdır. 

Eyni zamanda biz nəzərə almalıyıq ki, Zəngəzur kooridoru ilə bağlı olan məsələlərdə bir çox texniki detallar hələ də, bəlli deyil və bu məsələ ətrafında müzakirələr aparılır. Ona görə də, Zəngəzur kooridorunda olan bir çox yeniliklərdən sonra, hansı ki, üçtərəfli bəyanatda bu var, amma Ermənistan tərəfi çalışır ki, onu bir qədər fərqli formada icra etdirsin”.

Ə. Əlili qeyd edib ki, bütün bu məqamları nəzərə alaraq, əlbəttə Azərbaycanın bir çox məsələlər üzrə və Laçın kooridoruna alternativ yolla bağlı bəzi texniki hissələrdə dəyişiklik ola bilər:

“Buna görə də, Ermənistan-Azərbaycan arasında hazırda olan ab-hava, danışıqlar mühiti, inamyaratma səviyyəsi, etimad prinsipləri və s. – bu əlbəttə ki, proseslərə ümumilikdə mane olan bir məqamdır. Düşünürəm ki, Zəngəzur koridoru məsələsi, buradan xarici ölkəyə aid olan avtomobillər hansı şərtlərlə keçəcəklər və s. məsələlər həll olunmalıdır.

Ümumiyyətlə, Azərbaycana aid olan yük maşınları və sərnişinlər bu ərazilərdən hansı şərtlərlə keçəcəklər – bilinmir. Bu kimi məsələlər vardır ki, bunlar bütün bir kompleks məsələlərin tərkib hissəsidir və ayrı-ayrılıqda bunlara baxılmalıdır. Amma kooridorla bağlı, yəni Laçın keçidinə alternativ keçidlərlə bağlı məsələlər bir dövr Ermənistan mətbuatında işıqlandırılıb, daha sonra isə bu mövzu gündəmdən itib. Rəsmi mənbələrin məsələ ilə bağlı fikirləri səsləndiriləndən sonra, hesab edirəm ki, hər şeyə aydınlıq gələcək”.

Rafi MÜSLÜMOV

Laçın dəhlizinə alternativ yol nə oldu? – “Ermənilər çalışır ki...”