Sabahın hava proqnozu: İsti, yağmursuz...

Sabahın hava proqnozu: İsti, yağmursuz...

Sabahın hava proqnozu: İsti, yağmursuz...

Milli Hidrometeorologiya Xidməti dekabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Polemika.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb  küləyi əsəcək.

Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi  767 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında  

Əsasən yağmursuz, bəzi  yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.  

Sabahın hava proqnozu: İsti, yağmursuz...