İrəvanda aksiyalar: Paşinyanın müxalifləri hərəkətə keçdi

İrəvanda aksiyalar: Paşinyanın müxalifləri hərəkətə keçdi

İrəvanda aksiyalar: Paşinyanın müxalifləri hərəkətə keçdi

İrəvanda hakimiyyət əleyhinə mitinqlər başlayıb.

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, aksiyaların səbəbi noyabrın ilk ongünülüyndə imzalanacaq Ermənistan-Azərbaycan sülh sazişinə maneə törətməkdir.

Mitinqdən yayılan görüntülərdə diqqəti cəlb edən əsas məsələ isə, aksiya iştirakçılarının Fransa, İran və Gürcüstan bayraqlarını dalğalandırması olub.

Xatırladaq ki, “Şərəfim var” və “Hayastan” blokunun sədrləri olan Robert Koçaryan və Serj Sarkisyan Azərbaycanla imzalanacaq olan sazişlərə etiraz əlaməti olaraq xalqı küçələrə səsləmişdi.

Koçaryanın sözlərinə görə, imzalanacaq olan saziş, Ermənistanın bir dövlət olaraq gələcəyini şübhə altına alır.

İrəvanda aksiyalar: Paşinyanın müxalifləri hərəkətə keçdi