Kombi oğruları tutuldu

Kombi oğruları tutuldu

Kombi oğruları tutuldu

Binəqədi Sukanal idarəsindən 2 ədəd kombi oğurlayan şəxslər saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, dəyəri 4000 manat olan kombi aparatlarını oğurlamaqda şübhəli bilinənlər əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidovdur.

Araşdırma zamanı müəyyən edilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonunda yerləşən məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb.

Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Zəruri istintaq tədbirləri davam etdirilir.

Elnur Məmmədovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.

Kombi oğruları tutuldu