Sabah 27 min şagird buraxılış imtahanı verəcək

Sabah 27 min şagird buraxılış imtahanı verəcək

Sabah 27 min şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad və Xaçmaz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən Polemika.az-a bildirilib ki, martın 12-də keçiriləcək imtahanlarda 26 min 697 şagirdin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Nəzrin Vahid 

 

Sabah 27 min şagird buraxılış imtahanı verəcək