İranda qadın futzalçı Ukrayna müharibəsinə etiraza görə cəzalan bilər

İranda qadın futzalçı Ukrayna müharibəsinə etiraza görə cəzalan bilər

İranda qadın futzalçı Ukrayna müharibəsinə etiraza görə cəzalan bilər

İranın qadınlardan ibarət milli futzalçısı Məhsa Kəmali qol vurduqdan sonra köynəyinin üzərində yazılan "Stop war" ("Müharibəyə son") şüarına görə cəzalandırıla bilər.

Polemika.az “Iranwire” xəbər verir ki, hadisə "Mes Rəfsəncan" və "Neft Abadan" klublarının matçında baş verib. Məhsa Kəmali bu şüarla Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dayandırmaq üçün çağırış edib.

“Mes Rəfsəncan” klubu bəyanat yayaraq futbolçunun nizam-intizam komitəsinə çağırıldığını və cəzasının müəyyən edilməsi işinə başlanıldığını açıqlayıb.

Yeri gəlmişkən, "Mes Rəfsəncan"- "Neft Abadan" matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu etirazçı Məhsa Kəmali vurub.

 

İranda qadın futzalçı Ukrayna müharibəsinə etiraza görə cəzalan bilər