Bakıda və Sumqayıtda moped oğruları tutuldu

Bakıda və Sumqayıtda moped oğruları tutuldu

Bakıda və Sumqayıtda moped oğruları tutuldu

Bakıda və Sumqayıtda mopedlər oğurlanıb. 

DİN-dən Polemika.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində X.Mustafayevə və İ.Məmmədliyə məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Atayev və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıblar.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini E.Nurəddinova məxsus həyətyanı sahədən mopedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini O.Quliyev saxlanılıb.

Araşdırmalar aparılır. 

Bakıda və Sumqayıtda moped oğruları tutuldu