“Saakaşvilinin psixoloji yardıma ehtiyacı var” - Vəkilindən açıqlama

“Saakaşvilinin psixoloji yardıma ehtiyacı var” - Vəkilindən açıqlama

“Saakaşvilinin psixoloji yardıma ehtiyacı var” - Vəkilindən açıqlama

Hazırda hərbi hospitalda müalicə alan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

Polemika.az xəbər verir ki, bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixeil Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Qeyd edək ki, sabiq prezidenti ziyarət edən anası da onun depressiyaya düşdüyünü bildirib.

“Saakaşvilinin psixoloji yardıma ehtiyacı var” - Vəkilindən açıqlama