Rəqibə kəllə atan azərbaycanlı futbolçuya sərt cəza

Rəqibə kəllə atan azərbaycanlı futbolçuya sərt cəza

Rəqibə kəllə atan azərbaycanlı futbolçuya sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Polemika.az xəbər verir ki, iclasda Premyer Liqanın 7-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Qəbələ” - “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub.

Matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev rəqibini başla vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

“Sabah” - “Qarabağ” oyununda matçın 27-ci dəqiqəsində “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilib.

Görüşdə “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

Rəqibə kəllə atan azərbaycanlı futbolçuya sərt cəza