"Rəisi-Əliyev görüşü münasibətləri daha da yaxşılaşdıracaq" - Eks-səfir 

"Rəisi-Əliyev görüşü münasibətləri daha da yaxşılaşdıracaq" - Eks-səfir 

"Rəisi-Əliyev görüşü münasibətləri daha da yaxşılaşdıracaq" - Eks-səfir 

"İbrahim Rəisi və İlham Əliyevin görüşü əhəmiyyətli olacaq və iki ölkə arasında münasibətləri daha da yaxşılaşdıracaq".

Polemika.az "Cam-e Cəm"ə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

O, “Cəm-e Cəm” qəzetinə müsahibəsində noyabrın 28-də Aşqabadda keçiriləcək İƏT (İslam Əməkdaşlıq Təşkilatının) sammitindən söz açaraq, tədbirin quruma üzv ölkələrlə əlaqələrinə təsir və nəticələrini təhlil edib.

Möhsün Pakayin sammit çərçivəsində İran və Azərbaycan prezidentlərinin gözlənilən görüşünə toxunub:

"Sammit çərçivəsində görüşlərdən biri də Azərbaycan prezidenti ilə olacaq. İran-Azərbaycan münasibətlərində yaranmış fikir ayrılığı Azərbaycan Baş naziri müavini Şahin Mustafayevin İrana son səfəri ilə nizamlanıb. İranın İƏT iclasında təmsil olunması və cənab İlham Əliyevlə görüşü bu həlldən sonra baş tutmalıdır. Bu, yaşanan gərginlikdən sonra iki ölkə prezidentinin ilk görüşüdür. Təbii ki, o, əhəmiyyətli olacaq və münasibətləri daha da yaxşılaşdıracaq". 

Sabiq səfirin fikrincə, İƏT üzvləri ticarət, tranzit, enerji, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edə bilər:

"Əməkdaşlığın ən mühüm sahəsi tranzit məsələsidir ki, İƏT ölkələrinin əksəri üçün tranzit quru ərazi ilə məhdudlaşır, yəni onların dənizə çıxışı yoxdur. Buna görə də, adətən, İran marşrutundan istifadə edilir. Mühüm əhəmiyyət kəsb edən tranzit yollarının, xüsusən də dəmir yollarının şaxələndirilməsi ilə bağlı danışıqlar sammitin gündəliyində olacaq.

Yeri gəlmişkən, Şimal-Cənub Nəqliyyat Dəhlizinin başa çatdırılması üçün Rəşt-Astara dəmir yolunun tikintisi çox vacibdir. Sözsüz ki, bu sammitdə müzakirə olunacaq və üzv dövlətlər məsələni sürətləndirməyə çalışacaq. Ticarət sahəsində gömrük tariflərinin azaldılması və mərhələli tarif razılaşmalarının tətbiqi, habelə turistlər üçün viza verilməsinin sürətləndirilməsi və s. məsələləri də nəzərdən keçiriləcək.

İƏT üzvü olan İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzəryanı dövlətlər olduğunu nəzərə alsaq, enerji və Xəzər dənizində neft-qaz hasilatı sahəsində əməkdaşlıq vacibdir. Xüsusən, də ortaq neft yatağına malik olan İran və Azərbaycan üçün. Bu sahədə, sözsüz ki, danışıqlar aparılacaq və enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün həll yolları qəbul ediləcək".

"Rəisi-Əliyev görüşü münasibətləri daha da yaxşılaşdıracaq" - Eks-səfir