Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI

Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI

Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI

Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.

Mətbu orqana bu barədə diplomatik mənbələrdən bildirilib. Onlardan 5-i Kremlin istədiyi kimi, Ukrayna Konstitusiyasında təsbit edilməlidir.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:

- NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.

- Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.

- Krımın Rusiya ərazisi kimi tanınması.

- Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması.

- "Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.

- "Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina. /Report

Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI