Azərbaycan ehtiyatlı siyasət aparır: “Bundan artıq nə edə bilər?”

Azərbaycan ehtiyatlı siyasət aparır: “Bundan artıq nə edə bilər?”

Azərbaycan ehtiyatlı siyasət aparır: “Bundan artıq nə edə bilər?”

Rusiya-Ukrayna münaqişəsində Azərbaycan balanslı deyil, "ehtiyatlı siyasət" aparır.

“Polemika.az” xəbər verir ki, bunu BBC Azərbaycan-a müsahibəsində millət vəkili Rasim Musabəyov deyib. O, bildirib ki, biz Ukraynanı dost dövlət kimi dəstəkləyirik:

“Amma o da aydındır ki, Rusiya nüvə silahına malik və Azərbaycanla həmsərhəd olan böyük gücdür. Ukraynanın NATO ölkələri ilə sərhədləri var. Amma Azərbaycanın şimalında Rusiya, cənubunda heç də o dərəcədə dost olmayan İran və 700 kilometr Xəzər boyu hər bir hərbi müdaxilə üçün açıq olan su sərhəddi var. 

Bundan əlavə, Rusiya donanması Xəzərdə güc sahibidir. Qərbdə hələ də sülh imzalamağa nail olmadığımız düşmənimiz Ermənistan və o dərəcədə də etibarlı olmayan Gürcüstan var. Belə olan halda Azərbaycanın siyasəti təbii ki, ehtiyatlı olmalıdır".

Millət vəkili Rasim Musabəyovun fikrincə, Azərbaycan xarici siyasətini "qarşılıqlı əsasda" formalaşdırır. O hesab edir ki, Azərbaycan "imkanı çərçivəsində" Ukraynaya bütün yardımı göstərir.

"Biz müharibədən qabaq Ukraynaya 300 milyon dollarlıq kredit vermişik, yanacaqla təmin edirik, humanitar yardım göstərmişik və beynəlxalq qurumlarda da səsləndiririk ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Bundan artıq Azərbaycan nə edə bilər?".

O əlavə edib ki, Azərbaycan bu məsələdə Ukraynaya Türkiyədən daha çox dəstək vermək imkanında deyil: "Türkiyə Rusiya ilə münasibətdə ehtiyatlı siyasət apardığı halda, Azərbaycan da mövcud məqamda çox ölçülü və ehtiyatlı siyasət aparmalıdır".

 

Azərbaycan ehtiyatlı siyasət aparır: “Bundan artıq nə edə bilər?”