"Rusiyanın bu tələbini yerinə yetirmək mümkün deyil" - Baş nazir

"Rusiyanın bu tələbini yerinə yetirmək mümkün deyil"

"Rusiyanın bu tələbini yerinə yetirmək mümkün deyil" - Baş nazir

Ukraynanın baş naziri Denis Şmiqal bəyan edib ki, ölkəsinin Rusiya prezidenti Vladimir Putinin Krımı Rusiyanın bir hissəsi kimi tanıması tələbini yerinə yetirməsi mümkün deyil.

Polemika.az xəbər verir ki, bu barədə Şmiqal ICTV-yə danışarkən deyib:

"Müstəqil Ukrayna üçün və Ukraynanın Baş naziri kimi mənim üçün bu mümkün deyil".

Xatırladaq ki, fevralın 21-də Rusiya iki Donbas “respublikasının” müstəqilliyini tanıyıb və bundan əvvəl Putin bəyan etmişdi ki, Moskva ilə Kiyev arasında münasibətlərin normallaşması üçün Kiyev Krımı Rusiyanın bir hissəsi kimi tanımalıdır.

 

 

"Rusiyanın bu tələbini yerinə yetirmək mümkün deyil" - Baş nazir