Avstriyada “tibbi intihar”a icazə verildi

Avstriyada “tibbi intihar”a icazə verildi

Avstriyada “tibbi intihar”a icazə verildi

Avstriya parlamenti ağır xəstə vətəndaşlara ciddi şəkildə müəyyən edilmiş şərtlər altında öz ölümləri barədə qərar verməyə icazə verən qanunu təsdiqləyib.

Polemika.az xəbər verir ki, 2022-ci ildən xroniki və ya sağalmaz xəstəlikləri olan insanlar "tibbi intihar” adlandırılan eftanaziya vasitəsilə ölmək istəklərini bəyan edə biləcəklər. Onların vəsiyyətnamələri notariusa və vəkilə veriləcək. Sonra onların əqli sağlamlığı və diaqnozunu təsdiqləmək lazım gələcək.

Daha sonra isə vətəndaşlara eftanaziya üçün lazımi dərmanlar ala biləcəkləri apteklərin siyahısı veriləcək. Lakin bu apteklərin siyahısı əhalinin qalan hissəsi üçün açıqlanmayacaq.

 

Avstriyada “tibbi intihar”a icazə verildi