Rusiya və Belarusa yeni sanksiya paketi müzakirə olunacaq

Rusiya və Belarusa yeni sanksiya paketi müzakirə olunacaq

Rusiya və Belarusa yeni sanksiya paketi müzakirə olunacaq

Avropa Komissiyası (AK) Rusiyada fiziki şəxslərə və Belarusda banklara qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə AK mənbələri  məlumat yayıb.

Onların sözlərinə görə, Aİ ölkələrinin səfirləri bu gün keçiriləcək görüşdə sanksiyaları müzakirə edəcəklər. Paket “üç Belarus bankının beynəlxalq ödəniş sistemindən - SWIFT-dən ayrılmasını, rusiyalı oliqarxların və deputatların Avropa İttifaqından qara siyahıya salınmasını nəzərdə tutur.

"Bloomberg"in məlumatına görə, söhbət 14 sahibkar və onlarla rusiyalı parlamentaridən gedir.

Yeni məhdudlaşdırıcı tədbirlər paketinə dəniz texnologiyalarının Rusiyaya ixracına qadağa qoyulacaq və kriptovalyutaların Aİ sanksiyalarından yayınmaq üçün istifadəsinin qarşısını almaq üçün onlara nəzarət etmək tövsiyəsi daxil olacaq.

Rusiya və Belarusa yeni sanksiya paketi müzakirə olunacaq