Rusiya bu gündən Açıq Səma Müqaviləsindən çıxır

Rusiya bu gündən Açıq Səma Müqaviləsindən çıxır

Rusiya bu gündən Açıq Səma Müqaviləsindən çıxır

Bu gün Açıq Səma Müqaviləsindən rəsmən çıxacaq.

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Moskva sazişdən çıxmaq qərarına ABŞ-ın ondan çıxmasından qəbul edib. Amerikanın avropalı müttəfiqləri isə Rusiya ərazisi üzərində uçuşlar zamanı toplanan məlumatların Vaşinqtona ötürülməyəcəyinə dair Rusiya tərəfinə zəmanət verməkdən boyun qaçırıblar.

Açıq Səma Müqaviləsi 1992-ci ildə imzalanmış və Soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbirlərindən biri olub. O, 2002-ci ildən qüvvədədir və üzv dövlətlərə bir-birinin hərbi qüvvələri və fəaliyyətləri haqqında açıq şəkildə məlumat toplamaq imkanı verir. Bu yaxınlara qədər 34 dövlət müqavilənin iştirakçısı idi.

Müqaviləyə əsasən, Rusiya ilə vahid qrupa daxil olan Belarusun bundan sonra nə edəcəyi hələ də qaranlıq qalır.

Minsk vurğulayır ki, Belarusun “açıq səma”da gələcək iştirakı və ya iştirak etməməsi ilə bağlı qərar diqqətlə təhlil edilərək Moskva ilə məsləhətləşmələr əsasında qəbul ediləcək. Belarusun hansı qərara gəldiyi hələ rəsmi olaraq açıqlanmayıb.

Rusiya bu gündən Açıq Səma Müqaviləsindən çıxır