Şimali Koreya lideri yenidən gözdən itib

Şimali Koreya lideri yenidən gözdən itib

Şimali Koreya lideri yenidən gözdən itib

Şimali Koreya lideri bir aydan artıqdır ki, ictimaiyyət arasında görünmür.

Polemika.az “The Independent”ə istinadla xəbər verir ki, builki fasilə yenidən onun xəstəlik ehtimalı ilə bağlı yeni söz-söhbətlər meydana gətirib.

Yeni fasilə Kim Çen Inın 2014-cü ildən bəri ictimaiyyət qarşısında olmadığı ən uzun müddətdir.

2014-cü ildə Kim Çen In altı həftə ictimaiyyət qarşısına çıxmayıb.

Şimali Koreya lideri sonuncu dəfə oktyabrın 11-də Pxenyanda keçirilən raket paradında iştirak edib. 

Vaşinqtonda fəaliyyət göstərən “Şimali Koreya Xəbərləri” vebsaytının məlumatına görə, peyk görüntüləri Kim Çen Inın şərq sahilindəki çimərlik evində qeydə alıb.

O, Vonsan çimərlik malikanəsinin yaxınlığındakı yaxtada görünüb.

Şimali Koreya lideri yenidən gözdən itib