"Tehran sərhədlərin dəyişməsinə qarşıdır" - Eks-səfir

"Tehran sərhədlərin dəyişməsinə qarşıdır" - Eks-səfir

"Tehran sərhədlərin dəyişməsinə qarşıdır" - Eks-səfir

"İran geosiyasi dəyişikliklərə və ölkələrin suverenliyinə qəsdə qarşıdır".

Polemika.az "YJC"yə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

Cənubi Qafqaz ölkələri ilə əlaqələrin və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan eks-səfirin sözlərinə görə, "3+3" formatında görüşünün məqsədi rəqabəti əməkdaşlığa çevirməkdir:

"Çünki qeyri-sağlam rəqabət və regional münaqişələr ölkələrin iqtisadi maraqlarına xidmət etmir və bütün ölkələr zərər gətirir. Amma əməkdaşlıq mühitində fərqlərin azaldılması və ümumi cəhətlərin vurğulanması hər kəs yaxşı fayda verə bilər.

"3+3" formatında Moskvada keçirilmiş ilk iclasın nəticələrini şərh edən Möhsün Pakayin qeyd edib:

"Qafqaz regionu gərgin regiondur. Bir tərəfdən, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişə müharibələrə, qətliamlara və yaşayış məskənlərinin dağıdılmasına səbəb olub. Bu münaqişə regionda təhlükəsizliyi zəiflədən mühüm məsələ idi. 

Digər tərəfdən, Ermənistanla Ermənistan Türkiyəni soyqırımında ittiham edir". 

Keçmiş səfir Rusiya ilə Gürcüstan arasında münaqişəni də bu sıraya aid edib.

"Bu format formalaşarsa, regionda iqtisadi maraqların və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq", - deyən Möhsün Pakayinin fikrincə, İran, Türkiyə və Rusiya Qafqazın üç ölkəsi ilə bütün ölkələrə fayda verən iqtisadi sahədə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlıq qurmalıdır. "Xəzər dənizində enerji, habelə turizm və kənd təsərrüfatı, bundan əlavə, terrorizm və narkotiklərlə mübarizəni əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlıq  bölgə dövlətlərinin xeyrinə olacaq".

"İran coğrafi və geosiyasi sərhədlərin dəyişdirilməsinə qarşıdır ki, bu da hər bir ölkənin suverenliyinin dəyişdirilməsi deməkdir. Sərhədlərin dəyişdirilməsinin yeni münaqişələrə səbəb olacaq və regionun təhlükəsizliyinə mənfi təsir edəcək, həmçinin 6 ölkənin iqtisadi əməkdaşlığına kölgə salacaq", - deyə eks-səfir vurğulayıb.

"Tehran sərhədlərin dəyişməsinə qarşıdır" - Eks-səfir