"Rusiya AES-lərinə haker hücumları artıb" - Patruşev

"Rusiya AES-lərinə haker hücumları artıb" - Patruşev

"Rusiya AES-lərinə haker hücumları artıb" - Patruşev

"Rusiyanın mərkəzi hissəsindəki nüvə enerjisi müəssisələri kiberhücumların hədəfinə çevrilib".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, son 3 ildə ölkənin Mərkəzi Federal Dairəsində 11,5 mindən çox təhlükəli kompüter hücumu qeydə alınıb və bu il onların artımı 15%-i ötüb.

"Təcavüz obyektləri arasında hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının informasiya resursları, hərbi-sənaye kompleksi müəssisələri, enerji, o cümlədən nüvə energetikası, həmçinin təhsil və elm müəssisələri var", - Patruşev oktyabrın 27-də Mərkəzi Federal Dairəsində təhlükəsizliklə bağlı videobağlantı vasitəsilə iclasda çıxış edərək deyib. 

KaliXatırladaq ki, Kalinin, Smolensk və Kursk atom elektrik stansiyaları Mərkəzi Rusiyada yerləşir.

"Rusiya AES-lərinə haker hücumları artıb" - Patruşev