Rus kəşfiyyatı Putini aldadıb? - Polkovnikdən açıqlama

Rus kəşfiyyatı Putini aldadıb? - Polkovnikdən açıqlama

Rus kəşfiyyatı Putini aldadıb? - Polkovnikdən açıqlama

“Bu məsələdə iki rəy var. Təkcə Rusiya kəşfiyyatı Ukrayna barədə qeyri-dəqiq hesabat verməyib. Həm də Müdafiə Nazirliyi Putinə Rusiya ordusunun döyüş qabiliyyəti haqqında şişirdilmiş məlumatlar çatdırıb ki, qısa müddətdə, yəni 48 saat ərzində məsələ həll edilə bilər".

Bunu Polemika.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl deyib. Rus kəşfiyyatının Putini zamanında yetərincə bilgiləndirməməsiylə bağlı iddialara ümnasibət bildiriən ekspert bunu istisna etməyib: 

“Putinə yalan deyilə bilər. Daha doğrusu, təhrif olunmuş bilgilər. Eyni zamanda, Ukrayna ordusunun da Rusiya qüvvələri barədə informasiyası yetərli deyil”.

İ. İsmayıl əlavə edib:

“Fikir verdinizsə, Rusiya Təhlükəsizlik Şurasının iclasında Xarici Kəşfiyyat Xidmətinin (SVR) sədri Sergey Narışkinin mövqeyi digər TŞ üzvlərinin rəyindən fərqli idi. O, münaqişənin başlamsını istəmirdi, çünki hər halda müəyyən dərəcədə informasiya bolluğu onda var, amma ölkə prezidentinin buna tam fokuslandığını bilirdi deyə, mövqeyinin geri çəkildi.

Yadınızdadırsa, o iclasda Narışkin nisbətən fərqli mövqe nümayiş etdirmək istəyirdi. Hər halda Narışkin peşəkardır. Amma avtoritar rejimlərdə belə şeylər olur, o cümlədən Rusiyada da belədir. Yəni ruslarda həm Ukrayna haqqında yanlış məlumat olub, həm də öz gücləri haqqında şişirdilmiş məlumat”.

Təhlükəsizlik eksperti vurğulayıb ki, Vladimir Putinin imperiya ambisiyası onun tezliklə Ukraynadan geri çəkilməsinə imkan vermir:

“Hətta müdafiə naziri Sergey Şoyquya göstəriş verildi ki, nüvə raketləri xüsusi rejimə keçirilsin, yəni döyüş vəziyyətinə gətirilsin. Bu həm bir az isterika, həm Qərbi qorxutmaq, həm də tezliklə geri çəkilməmə nümayişi idi.

Volodimir Zelenski deyib ki, Ukrayna xalqı təslim olmayacaq. Putin maksimum gücü cəlb edəcək. Ən azı sabah Qərblə danışıqlarda müəyyən dividentlər əldə etmək, yəni sanksiyaları aradan qaldırmaq üçün istəyir ki, Ukraynadan daha çox torpaq qoparsın.Ona görə də, tezliklə Putinin Ukraynadan geri çəkilməsi gözlənilmir”.

Rafi MÜSLÜMOV

Rus kəşfiyyatı Putini aldadıb? - Polkovnikdən açıqlama