Bakının bu ərazisi zibil içindədir - Video

Bakının bu ərazisi zibil içindədir - Video

Bakının bu ərazisi zibil içindədir - Video

Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi sakinləri kanalizasiya problemi və əraziyə zibil qutularının yerləşdirilməməsindən əziyyət çəkir. 

Məsələ ilə bağlı Polemika.az-a danışan qəsəbə sakini Gülnaz Namazova bildirir ki, mövcud vəziyyətlə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilib:

“İlk dəfə yeddi ay öncə müraciət etdik, ondan sonra bir neçə dəfə əlaqə saxladıq, əraziyə nümayəndələrini göndərdilər, hər dəfə iki-üç günə zibil qutuları yerləşdirəcəklərini dedilər. 

Ancaq hələ də heç bir tədbir görülməyib, on minlərlə insanın yaşadığı əraziyə bir zibil qutusu belə gətirmirlər. Zibil qutuları olmadığı üçün insanlar zibilləri boş ərazilərə atırlar, hər tərəf zibil içərisindədir, o cümlədən kanalizasiya sistemi olmadığına görə hava çirkliliyi var. Yaz və yay aylarında zibil qoxusu ətrafı bürüyür”. 

Şikayətçi icra hakimiyyətinin vətəndaş müraciətinə olduqca biganə yanaşdığını vurğulayıb:

“Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi sakinləri olaraq çox xahiş edirik ki, şikayətimiz aidiyyəti qurumlar tərəfindən diqqətə alınsın, zibil qutuları yerləşdirilsin, kanalizasiya sistemi çəkilsin”.

 

Bakının bu ərazisi zibil içindədir - Video