Türkiyəli nazir sabah Azərbaycana gəlir

Türkiyəli nazir sabah Azərbaycana gəlir

Türkiyəli nazir sabah Azərbaycana gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy noyabrın 24-də Azərbaycana səfər edəcək.

Polemika.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində nazir dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək.

Türkiyəli nazir sabah Azərbaycana gəlir